Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Uşaqlarda şiddətli allergik reaksiyalar anafilaktik şok şəklində təzahür edir

Uşaqlarda şiddətli allergik reaksiyalar anafilaktik şok şəklində təzahür edir

Tarix: 5 May 2023 23:39

Uşaqlarda şiddətli allergik reaksiyalar anafilaktik şok şəklində təzahür edir. Bir yaşdan aşağı uşaqlarda südə, bir yaşdan yuxarı uşaqlarda isə yer fıstığına, bala qarşı ola bilər. Hətta bütün qidaya qarşı da yarana bilər. Anafilaktik şok ani yardım göstərilməsi tələb olunan və ani ölüm hallarına rast gəlinən bir reaksiyadır.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyi K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun allerqoloqu Çinarə Novruzova nazirliyin rəsmi instaqram səhifəsində "Uşaqlarda mövsümi allergiya" mövzusunda canlı yayımda deyib.

Ç.Novruzova bildirib ki, belə hala rast gəlinən zaman adrenalin preparatına müraciət edilməlidir. Maksimal doza budun ön yuxarı səthinə inyeksiya olunmalıdır. Əlamətlər aradan qalxmırsa, 20 dəqiqə ərzində proses üç dəfə təkrarlana bilər. Hansısa uşaqda həmin əlamətlərə təsadüf olunubsa, valideyn adrenalin preparatını mütləq üzərində saxlamalıdır.

Milli.Az


Etiketlər:  Uşaqlarda şiddətli allergik reaksiyalar anafilaktik şok şəklində təzahür edir


RƏYLƏR