Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Planetimizin üzərindəki “saatlı bomba”...

Planetimizin üzərindəki “saatlı bomba”...

Tarix: 8 May 2023 21:20

Alimlərin apardıqları yeni tədqiqatlar Yerin orbitində NASA-nın, habelə Rusiya və Çinin peyk və raket hissələri, hətta ötən əsrdən qalmış SSRİ-nin kosmik zondlarının parçalarını "saatlı bomba" adlandırıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, ABŞ-da fəaliyyət göstərən "LeoLabs" texnologiya şirkəti kosmik tullantıların miqyasını ortaya çıxarıb.

Ekspertlər qeyd ediblər ki, artıq 75 ildir kosmosa göndərilən gəmi, peyk və aparatların qalıqları artıq orbitin ətrafında tıxac yaradıb. Son illər amerikalı milyarderlər İlon Mask və Ceff Bezosun kosmik fəzaya göndərdikləri peyklər vəziyyəti daha da ağırlaşdırıb. Yerin aşağı orbitini izləmək üçün Alyaska, Texas, Yeni Zelandiya və Kosta-Rikada radarlar quraşdıran "LeoLabs"ın mütəxəssisləri müəyyən ediblər ki, kosmik tullantıların böyük bir hissəsi ABŞ-a məxsusdur. Belə ki, ABŞ-ın kosmosda 8 min 497 tullantısı var. Sonrakı yerlərdə Rusiya və Çin gəlir. Bu ölkələrin hər birinin kosmik fəzada 4 mindən çox tullantısı mövcuddur.

Milli.Az


Etiketlər:  Planetimizin üzərindəki saatlı bomba


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ