Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya ordusu Kupyanska raket zərbələri endirib, yaralılar var

Rusiya ordusu Kupyanska raket zərbələri endirib, yaralılar var

Tarix: 9 May 2023 23:40

Rusiya ordusu mayın 9-da axşam saatlarında Kupyanska raket zərbələri endirib, yaralılar var.

Milli.Az "report"a istinadən bildirir ki, bu barədə Xarkov Vilayət Dövlət Administrasiyasının sədri Oleq Sinegubov teleqramda məlumat yayıb.

Mülki infrastruktur obyektinə zərbə endirilib. Azı 5 fərdi yaşayış binasına ziyan dəyib.

Sinequbovun sözlərinə görə, zərbə nəticəsində üç nəfər - iki qadın və bir kişi yaralanıb.

Raket zərbələri Kupyanskdakı evlərdə yanğına da səbəb olub.

Milli.Az


Etiketlər:  Rusiya ordusu Kupyanska raket zərbələri endirib yaralılar


RƏYLƏR