Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Mən neynirəm Avroviziyanı?” - Afaq Bəşirqızı - VİDEO

“Mən neynirəm Avroviziyanı?” - Afaq Bəşirqızı - VİDEO

Tarix: 10 May 2023 15:15

"Avroviziya... Əşi, mən nəyə görə Avroviziyaya getməliyəm? Getdim, sözümü dedim, birinci yeri götürdüm, vəssalam da!".

Milli.Az olay-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Afaq Bəşirqızı deyib.

O, təmsilçilərimiz Tural və Turan Bağmanovların firuzəyi xalıdakı geyimlərinə də münasibət bildirib:

"Mən neynirəm Avroviziyanı? Aparıblar ora uşaqları... Onlar da hamısı "atan-tutan" oğlanlardılar, "ağır" uşaqlardılar. Bunlar elə paltarlar geyiniblər, uşaqların acığına gəlib. O paltar nə idi, başına dönüm sənin? Bir nəfər oxuyan var idi, özü də ütüləmirdi o paltarı. Elə onun paltarlarından idi. Gövhər Həsənzadə birinci musiqini yazmışdı, tarla oxunan çox gözəl idi (Aysel ft. Arash - "Always" - red.), ötənilki mahnı da çox gözəl idi. Mənasını çox adam başa düşmürdü. Oraya da bizim milli musiqimiz salınmışdı - "Yallı" salınmışdı, biz böyük bir söz dedik (Efendi - "Mata Hari" - red.)".

Milli.Az


Etiketlər:  Mən neynirəm Avroviziyanı Afaq Bəşirqızı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ