Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

““Nəsimi” filminə baxandan sonra demişdi ki, bu oğlandan muğayat olun...” - FOTO

““Nəsimi” filminə baxandan sonra demişdi ki, bu oğlandan muğayat olun...” - FOTO

Tarix: 11 May 2023 15:21

"Vallah, söz tapmıram deməyə. Həyatımda bir neçə dəfə olub ki, ürəkdən sevinmişəm, söz tapa bilməmişəm. Belə yerdə deyiblər ki, sözlər acizdir, kəlimələr yetərsizdir. Bütün təşkilatçılara halal olsun ki, bu cür "Xarıbülbül" festivalı təşkil ediblər. Həm yeyirik, həm səfalı yerlərini gəzirik, həm də festivalda iştirak edirik. Bu il festivalın ərazisi bir az da böyüyüb. Şuşa Türk dünyasının mədəniyyət paytaxtı elan olunduğu üçün türkdilli ölkələrdən bura musiqiçilər, sənətçilər gəlib. Dünən onların çox gözəl çıxışı oldu. Mən də qol qaldırıb oynadım. Dostlarla birgə arzuladıq ki, təki belə xoş günlərdə qol qaldırıb oynayaq. Onu da deyim ki, "Xarıbülbül" festivalı ildən-ilə daha da gözəl keçirilir. Şuşada gəzdikcə şəhidlərimizə, ələxsus da dağlarla, qayalarla dırmaşan qəhrəmanlarımıza rəhmət oxuyuram. Onların sayəsində bu gün Şuşaya çox rahat yolla gedirik. Şəhidləri bir an olsun belə unutmamalıyıq".

Milli.Az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında xalq artisti, Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev deyib. Xalq artisti ümummilli lider Heydər Əliyevlə bağlı xatirələrini də bizimlə bölüşüb.

"Ümummilli lider, ulu öndər Heydər Əliyev bütün sahələr kimi kino sənətinə də böyük diqqət və qayğı göstərib. Bir məqamı da xüsusilə vurğulamaq istəyirəm ki, Azərbaycan kinosu bu qayğını və dəstəyi ulu öndər hələ Azərbaycan SSRİ Dövlət Təhlükəsizlik Komitəsinə rəhbərlik etdiyi dövrdə görüb. Məhz onun qayğısı ilə bir çox ekran əsərlərimiz yenidən tamaşaçılara nümayiş etdirilib. O ilk dəfə "Nəsimi" filminə baxandan sonra demişdi ki, "bu oğlandan muğayat olun". O qayğını həmişə mən hiss etmişəm. O məndə arxayınlıq yox, məsuliyyət hissi yaradıb. Tək məndə yox, elə hamıda. Bütün sənət adamları bilirdilər ki, o teatr tamaşalarının premyeralarına baxır, gəlib aktyorlarla söhbət edir. İzlədiyi tamaşaları, filmləri sonralar bizlərlə müzakirə edirdi. Ona görə də hamı məsuliyyətli olurdu. Onun gəlişi ilə, təxminən 1969-cu ildə gəldi, 1970-ci ildən bu sfera, Azərbaycan kinosu qaynar həyat keçdi, çoxlu tarixi, gözəl filmlər çəkildi. Hətta bir çox tamaşalara baxıb, filmlər çəkdirirdi. O Musiqili Komediya Teatrında "Qaynana" tamaşasına baxmışdı. Nəsibə Zeynalovanı görəndən sonra deyib ki, "elə film çəkilsin və Nəsibə xanım da baş rolda oynasın. Anarın "Şəhərin yay günləri" tamaşasının motivləri əsasında "İmtahan" filmini çəkdirmişdi. Ulu öndər belə bir şəxsiyyət idi", - deyə sənətkar bildirib.

Milli.Az


Etiketlər:  Nəsimi filminə baxandan sonra demişdi ki bu oğlandan muğayat olun FOTO


RƏYLƏR