Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistan bölgədə sülhə və təhlükəsizliyə ciddi zərbə vurmaqda maraqlıdır - Sahil Kərimli

Ermənistan bölgədə sülhə və təhlükəsizliyə ciddi zərbə vurmaqda maraqlıdır - Sahil Kərimli

Tarix: 12 May 2023 12:30

Azərbaycanın suveren ərazilərinə qarşı həyata keçirilən növbəti hərbi təxribatlarla Ermənistan hərbi-siyasi rəhbərliyi sülh istəmədiyini bir daha nümayiş etdirir.

Sonxeber.net bildirir ki, bunu AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Sahil Kərimli söyləyib.

S.Kərimlinin sözlərinə görə, bu hadisə bir daha sübut edir ki, Ermənistan bölgədə sülhə və təhlükəsizliyə ciddi zərbə vurmaqda maraqlıdır.

"Ermənistanın baş naziri Nikol Paşinyan hər nə qədər sülh bəyanatları versə də, görünən odur ki, bütün bunlar, sadəcə, ucuz manipulyasiyadır. "Ermənistan ordusunun Azərbaycanla şərti sərhəddə gərginliyi artırması, əraziyə xeyli sayda həbi texnika və silah-sursat cəmləşdirməsi yeni münaqişə ocağı yaratmağa cəhd kimi qiymətləndirilməlidir. Ötən gün Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinin atəşə tutulması, bir hərbçimizin şəhid olması, digərinin ağır yaralanması Ermənistanın təcavüzkar siyasətinin davamıdır", - deyə S.Kərimli diqqətə çatdırıb.

Siyasi şərhçinin fikrincə, rəsmi İrəvan yaxşı başa düşür ki, Azərbaycan həm siyasi, həm də hərbi müstəvidə güclü və qüdrətlidir. Rəsmi Bakı istənilən ssenariyə hazırdır.

"Sual olunur, belə olduğu halda, düşmən nəyə və kimə güvənir? Cavab sadədir. Havadarlarına, dəstəkçilərinə!", - deyə S.Kərimli diqqətə çatdırıb.

Siyasi şərhçi bununla bağlı deyib: "Son danışıqlar prosesində yenə qeyri-konstruktiv mövqe tutan Ermənistan indi də hərbi təxribatlar törətməklə nəyəsə nail olmaq istəyir. Eyni zamanda, Ermənistanı dəstəkləyən ölkələr də prosesdən öz maraqları üçün istifadə edir.

Hesab edirəm ki, Azərbaycan Ordusunun cavabları həmişəki kimi, yenə adekvat olub və düşmənə bundan sonra da sarsıdıcı zərbələr endiriləcək. Beynəlxalq təşkilatlar, xarici siyasi dairələr, xüsusilə də Ermənistana dəstək olan qüvvələr bilməlidirlər ki, Paşinyan hakimiyyətinin hərbi təxribatları yeni müharibəni alovlandıra bilər. İstənilən halda bütün məsuliyyət Ermənistanın və onun havadarlarının üzərinə düşür".


Etiketlər:  Ermənistan bölgədə sülhə təhlükəsizliyə ciddi zərbə vurmaqda maraqlıdır Sahil Kərimli


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ