Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 May 2023 15:27
"Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi haqqında Əsasnamə"də dəyişiklik edilib.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Prezident İlham Əliyev fərman imzalayıb.
Fərmana əsasən, birinci müavin vəzifəsi ləğv edilib. Daha bir dəyişiklə nazirin müavinlərinin sayı 4 nəfər olaraq müəyyənləşib.
Nazirlər Kabinetinə fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.