Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Stresdən xilas edən çay

Stresdən xilas edən çay

Tarix: 14 May 2023 14:42

Stres insan orqanizmində yaranan narahatlıq və ya gərginlikdir. Bu hal davamlı olarsa, depresiyaya çevrilə bilər.

Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, streslə mübarizə aparmağın ən asan yollarından biri bitki tərkibli çaydan istifadə etməkdir.

Lazım olanlar:

50 qr. çobanyastığı çiçəyi

50 qr. melisa

30 qr biyan kökü

20 qr yaşıl çay

Bu bitkiləri qarışdırıb quru şüşə qabda saxlayın. 300 ml qaynar suya 1.5 ç.q əlavə edərək 8 dəqiqə ağzı qapalı olaraq dəmləyin. Hər gecə yatmazdan 2-3 saat əvvəl qəbul edin.


Etiketlər:  Stresdən xilas edən çay


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ