Tarix: 22 Oktyabr 2019 18:00
“Yuventus”un futbolçusu Kriştiano Ronaldoya ABŞ-dan maraqlı təklif gəlib.
Qol.az xəbər verir ki, ABŞ- şirkətlərindən biri portuqaliyalı hücumçunun instaqram hesabını icarəyə götürmək istəyir.
ABŞ mətbuatı şirkətin 1 illik icarəyə görə Ronaldoya 100 milyon avro təklif etdiyini və 34 yaşlı hücumçunun bu təklifi müsbət qarşıladığını yazıb.
Maraq üçün qeyd edək ki, 187 milyon izləyicisi olan Ronaldo son bir ildə instaqramdakı reklamlarından 38,2 milyon funt-sterlinq gəlir əldə edib.