Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Avroliqa: “Roma” və “Sevilya” finalda

Avroliqa: “Roma” və “Sevilya” finalda

Tarix: 19 May 2023 11:36

Dünən  Avropa Liqasının yarımfinal mərhələsinə yekun vurulub. Matc.az xəbər verir ki, hər iki qarşılaşma eyni gündə baş tutub.

Milli.Az matc.az-a istinadən xəbər verir ki, "Roma" doğma meydanda məğlub etdiyi "Bayer"lə bu dəfə səfərdə üz-üzə gəlib. Cavab qarşılaşması qolsuz yekunlaşdığından "canavarlar" finala yüksəliblər.

İtaliyanın digər təmsilçisi "Yuventus" da İspaniyanın "Sevilya" komandasının qonağı olub. Bu komandaların ilk oyununda qalib müəyyənləşməmişdi. Cavab görüşünün də əsas vaxtı eyni hesabla yekunlaşıb. Lakin əlavə vaxtda daha bir qol vuran "Sevilya" ikinci finalçı olub.

Final oyunu mayın 31-də, Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena"da keçiriləcək.

Avropa Liqası
Yarımfinalın cavab oyunları
18 may

Bayer (Almaniya) - Roma (İtaliya) 0:0
İlk oyun - 0:1

Sevilya (İspaniya) - Yuventus (İtaliya) 2:1
Qol: Suso, 71. Lamela, 95 - Vlahoviç, 65.
İlk oyun - 1:1

Milli.Az


Etiketlər:  Avroliqa Roma Sevilya finalda


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ