Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bir gözü bağlayanda daha yaxşı eşitmək olur - Araşdırma

Bir gözü bağlayanda daha yaxşı eşitmək olur - Araşdırma

Tarix: 21 May 2023 22:16

Bir göz bağlı olanda eşitmə, demək olar ki, dərhal yaxşılaşır. Bu yolla bəzi hiss orqanları digərlərinin funksiyasının pisləşməsini kompensasiya edir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, İtaliya və Almaniya alimlərinin bununla bağlı tədqiqatları "NeuroImage" jurnalında dərc olunub.

Bu yeni araşdırma üçün tədqiqatçılar 20 iştirakçının bir gözünü bağlayıblar. Sonra təcrübəçilərdən yanıb-sönən işığa baxmaları, həmçinin səs siqnallarını dinləmələri istənilib.

Bu zaman beyindəki aktivlik elektroensefaloqramma vasitəsi ilə millisaniyə dəqiqliyi ilə qeydə alınıb.

Gözləri bağlı olan iştirakçıların beyni qapalı gözdən gələn vizual məlumatlara daha həssas olub. Beyin də eşitmə məlumatlarını daha çox qəbul etməyə başlayıb.

Alimlər iştirakçıların gözlərindən lenti açan kimi vizual və eşitmə məlumatlarına cavab olaraq sinir fəaliyyəti demək olar ki, dərhal dəyişib.

Tədqiqatçılar bunun hətta kiçik bir görmə pozğunluğunun görmə və eşitmə arasında tarazlığa təsir etdiyini göstəricisi olduğunu bildirib.

Milli.Az


Etiketlər:  gözü bağlayanda daha yaxşı eşitmək olur Araşdırma


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ