Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 May 2023 20:46
Rusiyanın Belqorod vilayətində bu gündən antiterror rejimi elan olunub.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, vilayətin qubernatoru Vyaçeslav Qladkov Ukrayna diversiya-kəşfiyyat qrupunun sərhədyanı Qrayvoronsk dairəsinə daxil olması ilə əlaqədar antiterror rejimi elan edib.
Hazırda üç yerli sakinin yaralandığı məlumdur. Bundan başqa, Belqorod vilayət administrasiyasının binasına, bir neçə evə mərmi zərbəsi dəyib.
Yerli mətbuat Kozinka və Qlotovo yaşayış məntəqələrində atışma getməsi barədə xəbərlər yayır. Bu yaşayış məntəqələrində işıq və su kəsilib, sakinlər zirzəmilərdə gizlənib. İntensiv atışma səbəbindən dinc əhalini təxliyə etmək mümkün deyil.