Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti Özbəkistana beynəlxalq festivala yollanıb

Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti Özbəkistana beynəlxalq festivala yollanıb

Tarix: 23 May 2023 17:27

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti Özbəkistan Respublikasına beynəlxalq festivala yollanıb.

Teatrın mətbuat xidmətindən verilən məlumata görə, teatr "Birinci Beynəlxalq "Avrasiya" teatr" festivalında İsveç dramaturqu Lars Norenin "Müharibə" pyesi əsasında hazırlanmış "Mən gəldim qızlar" tamaşası ilə çıxış edəcək.

Əsərdə müharibədə gözləri kor olmuş, ancaq ümidini itirmədən səbirlə, ən çətin anlarında belə ailəsini, qızlarını düşünən atanın iki ildən sonra ailəsinin yanına qayıtmasından və gözlənilməz hadisələrlə qarşılaşmasından bəhs olunur.

Səhnə əsərində atanın, eləcə də ana və qızlarının həyatına nəzər saldıqda müharibənin gətirdiyi ağrı və acıları, mənəvi sarsıntıları görmək mümkündür.

İkihissəli tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Sevinc Həsənova, musiqi tərtibatçısı İradə Muradovadır.

Tamaşada əsas rolları Xalq artisti Qurban İsmayılov, Əməkdar artistlər Kəmalə Hüseynova, Rasim Cəfər, aktyorlar Səbinə Məmmədzadə, Zümrüd Quliyeva ifa edirlər.

Milli.Az


Etiketlər:  Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti Özbəkistana beynəlxalq festivala yollanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ