Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ukrayna əks-hücumlarda F-16-dan istifadə edə bilməyəcək

Ukrayna əks-hücumlarda F-16-dan istifadə edə bilməyəcək

Tarix: 24 May 2023 08:36

F-16 qırıcıları Ukraynanın əks-hücumunda istifadə edilməyəcək və söhbət Kiyevə uzunmüddətli dəstəkdən gedir.

Milli.Az "report"a istinadən bildirir ki, bu barədə Pentaqonun sözçüsü Patrik Rayder brifinqdə diqqətə çatdırıb.

"F-16-lara gəlincə, söhbət Ukraynaya uzunmüddətli dəstəkdən gedir, onlar əks-hücum üçün nəzərdə tutulmayıb", - o söyləyib.

Rayder qeyd edib ki, F-16-nın Kiyevə təhvil verilməsinin təfərrüatlarını, o cümlədən müddət, pilotların hazırlanacağı bazalar, təhvil verilən təyyarələrin sayı, eləcə də təchizatçı ölkələr məsələlərini ABŞ hələ də müttəfiqləri ilə müzakirə edir.

"F-16-lar Ukrayna üzrə bu həftə keçiriləcək təmas qrupunun iclasında da müzakirə olunacaq", - Rayder vurğulayıb.

Milli.Az


Etiketlər:  Ukrayna əks hücumlarda F 16 dan istifadə edə bilməyəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ