Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan neftinin qiyməti may ayında ilk dəfə 80 dolları ötüb

Azərbaycan neftinin qiyməti may ayında ilk dəfə 80 dolları ötüb

Tarix: 25 May 2023 14:24

Dünya bazarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti cüzi bahalaşıb.

Sonxeber.net xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0.70 ABŞ dolları və ya 0.88 % artaraq, 80,46 ABŞ dolları təşkil edib.

Məlumat üçün deyək ki, Azərbaycan neftinin qiyməti may ayında ilk dəfə 80 dolları ötüb. Sonuncu dəfə aprel ayının 29-da 83,8 dollara satılıb. May ayının 3-də isə 79,04 dollara düşmüşdü.

Qeyd edək ki, 2022-ci ildə "Azeri Light" (CIF) markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il "Azeri Light" (CIF) nefti 44,6% bahalaşıb.


Etiketlər:  Azərbaycan neftinin qiyməti ayında dəfə dolları ötüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ