Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qorxmaz Əlili Mirzə Babayevi nə üçün sillələyib?

Qorxmaz Əlili Mirzə Babayevi nə üçün sillələyib?

Tarix: 28 May 2023 19:42

Milli.Az bildirir ki, lent.az "Ömrün bir anı" rubrikasında müğənni, Xalq artisti Mirzə Babayevlə bağlı bir xatirəni sizinlə bölüşür.

1990-cı illərdə tanınmış şoumen və aktyor Qorxmaz Əlilinin təşkil etdiyi  konsert proqramında Xalq artisti Mirzə Babayev də iştirak edirmiş.

Mirzə Babayev mahnısını oxuyub pərdə arxasına keçər-keçməz huşunu itirin yıxılır. Aktyorlardan heç kim həyəcandan yaxına gələ bilmir.

Qorxmaz Əlili əsgərlikdə olarkən tibb briqadasında xidmət göstərdiyinə görə cəsarətlə irəli atılır və Mirzə Babayevin bərəlmiş gözlərini görüb boğulduğunu anlayır. Zorla ağzını açır, baxır ki, müğənninin protez dişi boğazına ilişib. O dərhal protez dişləri çıxrır və Mirzə müəllimi şillələməyə başlayır. Müğənni özünə gəlsin deyə onun üzünə bir neçə dəfə bərk şapalaq vurduqdan sonra Mirzə Babayev gözlərini açır. Açır açmasına, amma heç nə xatırlamır. Ayağa qalxıb şapalaq vurduğu üçün Qorxmaz Əlili ilə dalaşır və təşəkkür etmədən uzaqlaşır.

Qorxmaz Əlilinin dediyinə görə, Mirzə Babayevlə uzaq qohum olublar. Sonralar hadisə şahidləri Mirzə Babayevə nələr olduğunu danışsalar da, heç zaman Qorxmaza bu hadisəyə görə "sağ ol" deməyib.

Milli.Az


Etiketlər:  Qorxmaz Əlili Mirzə Babayevi üçün sillələyib


RƏYLƏR