Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şuaybu "Qəbələ"yə keçir? - AÇIQLAMA

Şuaybu

Tarix: 29 May 2023 04:44

"Qəbələ"nin meneceri Nail Kərimov "Kəpəz"in forvardı Abdullahi Şuaybunun bu yaya "qırmızı-qaralar"ın heyətinə qatılacağı ilə bağlı yayılan informasiyalara münasibət bildirib.

O, Fanat.az-a açıqlamasında məlumatların həqiqətə uyğun olmadığını deyib:

"Şuaybu yaxşı futbolçudur. Ancaq bu oyunçu "Qəbələ"nin transfer siyahısında deyil".

Qeyd edək ki, 21 yaşlı nigeriyalı hücumçu cari mövsüm Azərbaycan Premyer Liqasında çıxdığı 34 matçda 11 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. O, ölkə kubokunda da 2 görüş keçirərək 1 qola imza atıb.

Milli.Az


Etiketlər:  Şuaybu Qəbələyə keçir AÇIQLAMA


RƏYLƏR