Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 May 2023 08:00
Rusiya müharibədə qalib gələnə qədər danışıqlara getməyəcək.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi/Aİ Komissiyasının Vitse-prezidenti Cozef Borel Barselonada ekspert forumunda çıxış edərkən deyib.
Aİ-nin xarici xidmətinin rəhbəri Ukraynadakı vəziyyətin nikbin olmadığını deyib.
"Rusiyanın müharibədə qalib gəlmək niyyətini açıq şəkildə görürəm. Rusiya qalib gəlməsə, danışıqlar aparmayacaq", - o deyib.
Diplomat Aİ-nin Kiyevə hərbi dəstəyi artırmağa davam etməli olduğunu deyib.