Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Məşhur serialda xəritəmizlə bağlı səhv düzəldildi - YENİLƏNİB - VİDEO - FOTO

Məşhur serialda xəritəmizlə bağlı səhv düzəldildi - YENİLƏNİB - VİDEO - FOTO

Tarix: 31 May 2023 19:58

19:54

Türkiyə serialında Azərbaycan xəritəsi ilə bağlı səhv aradan qaldırılıb, üzr istənilib.

Bu barədə Türkiyənin Azərbaycandakı Səfirliyindən məlumat verilib.

Bildirilib ki, mayın 23-də Türkiyənin ATV televiziyasında yayımlanan "Ben bu cihana sığmazam" adlı serialın 32-ci seriyasında təhrif olunmuş Azərbaycan xəritəsi istifadə edilib.

Ekran əsərinin Azərbaycandan olan çoxsaylı izləyicilərinin də haqlı narazılığına səbəb olan bu halla bağlı sözügedən serialı çəkən "Güzel Adamlar Medya" şirkəti ilə əlaqə saxlanılıb. Şirkət rəsmiləri texniki səhv olduğunu bildirərək yanlışlığa görə Azərbaycan tərəfindən üzr istəyib. Şirkətə Azərbaycanın xəritəsi təqdim olunub və şirkət həmin seriyanın təkrarında xəritənin düzəldiləcəyini bildirib.

Mayın 27-də ATV telekanalında 32-ci seriyanın təkrarı yayımlandığı zaman xəritə ilə bağlı səhv aradan qaldırılıb və Azərbaycan xəritəsi düzgün formada istifadə olunub.

-------

11:58

Türkiyənin məşhur "Ben bu cihana sığmazam" serialında Azərbaycan xəritəsi ilə bağlı səhv aradan qaldırılıb.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, serialın ötən gün efirə gedən bölümündə xəritəmizdə Naxçıvan Muxtar Respublikası da əks olunub.

Xatırladaq ki, daha əvvəlki seriyada Oktay Kaynarcanın oynadığı Cəzayir Türkün ofisində asılan xəritədə Naxçıvan Azərbaycan ərazisi kimi göstərilməmişdi.

Müqayisəli fotoları təqdim edirik:

Milli.Az


Etiketlər:  Məşhur serialda xəritəmizlə bağlı səhv düzəldildi YENİLƏNİB VİDEO FOTO


RƏYLƏR