Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Whatsapp"dan gələn bu mesajlara diqqət!

Tarix: 2 Iyun 2023 09:12

"Whatsapp" tətbiqi vasitəsilə tanınmış şirkətlərin adından iş tapmağı, passiv gəlir əldə etməyi vəd edən mesajlar göndərilir və həmin şirkətlərin rəsmi internet informasiya ehtiyatına oxşar saxta veb-səhifələr yaradılaraq vətəndaşlardan fərdi məlumatlarını, əsasən də, bank kartı məlumatlarını daxil etmələri tələb olunur.

Milli.Az xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə mesajlara etimad etməməyi və bu kimi mesajların tərkibindəki keçidlərə daxil olmamağı, bank və digər fərdi məlumatlarını daxil etməməyi tövsiyə edir.

Milli.Az


Etiketlər:  Whatsappdan gələn bu mesajlara diqqət


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ