Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Toylara getmirəm, mənlik deyil” - VİDEO

“Toylara getmirəm, mənlik deyil” - VİDEO

Tarix: 3 Iyun 2023 12:25

Tanınmış aparıcı Elgiz Əkbər toylarda aparıcılıq etmədiyini açıqlayıb.

Sonxeber.net olay-a istinadən xəbər verir ki, bu barədə o, aparıcısı olduğu "Elgizlə izlə" verilişində danışıb.  Bildirib ki, məclis idarə edən şəxslər səbrli və normal əsəb sisteminə malik olmalıdır:

"Mən toya getmirəm, mənlik deyil.  Ona görə yox ki, mən toya gedən aparıcılara pis baxıram, pis münasibət bəsləyirəm. Xeyr. İnsanlar bir parça çörəki qazanmalıdır. Sadəcə mən belə hesab edirəm ki, toy aparıcısı son dərəcə səbrli və təmkinli olmalıdır. Təzyiqlə bağlı əziyyət çəkməməlidir. Bir də görürsən ki, balaca nə isə oldusa, əsəbləşirəm. O dəqiqə təzyiqim qalxır"- deyə o bildirib.


Etiketlər:  Toylara getmirəm mənlik deyil VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ