Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Iyun 2023 18:28
İstanbulun Büyükçekmece rayonundakı Endem televiziya qülləsi 1-ci İcra Bürosu tərəfindən satışa çıxarılacaq.
230 metr uzunluğundakı tikiliyə 249 milyon 395 min 434 TL (təxminən 20 milyon manat) qiymət təyin olunub.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, qüllənin satışına 1 avqust 2023-cü ildən etibarən başlanacaq. Endem İnşaat tərəfindən tikilən və 15 ilə yaxın istifadə olunmayan binada dönərxana, restoran, kafe, bar, baxış meydançası da var. Qüllənin həmçinin baxış meydançasına 60 saniyəyə çata bilən 2 lifti, girişdə avtodayanacağı var.
Xatırladaq ki, televiziya qülləsi 10 mart 2017-ci ildə 7 nəfərin həyatını itirdiyi helikopter qəzası ilə gündəm olmuşdu.
Qeyd edək ki, Endem televiziya qülləsi hündürlüyünə görə Avropada 4-cü, dünyada isə 17-cidir.