Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakı və Abşeronda pensiyalar bu tarixdə ödəniləcək

Bakı və Abşeronda pensiyalar  bu tarixdə ödəniləcək

Tarix: 6 Iyun 2023 10:16

İyunun 9-da Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənilməsi nəzərdə tutulub.

Bu barədə Milli.Az-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Qeyd edilib ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.

Qeyd edək ki, cari ilin yanvar-mart aylarında pensiya və müavinətlərin maliyyələşdirilməsinə yönəldilmiş vəsaitin məbləği ötən ilin müvafiq dövrünə nisbətən 16,1 faiz artırılaraq 1 milyard 451,2 milyon manata çatdırılıb.

Sərf olunmuş vəsaitin 97,6 faizini pensiya xərcləri təşkil edib. 2023-cü il aprelin 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda 1101,9 min nəfər pensiyaçı qeydiyyatda olmuşdur ki, bu da ölkə əhalisinin 10,9 faizini təşkil edir. Onların 63,5 faizi yaşa, 23,7 faizi əlilliyə, 12,8 faizi isə ailə başçısını itirməyə görə pensiya alır.

Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,6 faiz, cari ilin əvvəli ilə müqayisədə isə 16,2 faiz artaraq 432,3 manat təşkil etmiş və orta aylıq əməkhaqqının 48,0 faizinə bərabər olub.

Milli.Az


Etiketlər:  Bakı Abşeronda pensiyalar bu tarixdə ödəniləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ