Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ayrılığın səbəbinin xəyanət olmadığını açıqladı - FOTO

Ayrılığın səbəbinin xəyanət olmadığını açıqladı - FOTO

Tarix: 7 Iyun 2023 04:05

Aktrisa Miray Daner Seda Sayanın oğlu Oğulcan Enginlə ayrılmasından danışıb. 

Milli.Az olay-a istinadən xəbər verir ki, o, KİV-in qarşısına keçərək səbəbin xəyanət olmadığını vurğulayıb:

"Biz münasibətimizi bitirdik, bəli, doğrudur. Ancaq bunun üçüncü tərəflərlə heç bir əlaqəsi yoxdur. Belə daha məqsədəuyğun olacağını düşündük və ayrılıq qərarına razılaşdıq".

Daner və Engin cütlüyünün iki illik münasibətlərinə son qoyması xəbəri həftələrdir mətbuatın gündəmindədir.

Qeyd edək ki, 3 həftə öncə "2. Sayfa" adlı proqramın qonağı olan Seda Sayan Miray Danerlə bağlı bunları demişdi:

"Mirayı gəncliyimə çox bənzədirəm. Çox zərif və gözəldir. Oğulcanla çox yaraşırlar. Açığı, o da intizamlıdır, işinə sadiqdir. Bax, o da qayınanası kimi Oğlaqdır".

Milli.Az


Etiketlər:  Ayrılığın səbəbinin xəyanət olmadığını açıqladı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ