Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Iyun 2023 16:00
6-7 yaşlı uşaqlara rus dilindən başqa hər sahəyə aid suallar verilir. Onların məntiqi, astronomiyaya aid biliyi yoxlanılır.
Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki, belə bir iddia ilə övladlarını rus bölməsində oxutmaq istəyən valideynlər çıxış ediblər.
Onların sözlərinə görə, orta məktəbə təzə başlayacaq azyaşlılara bir çox mövzuda,qarışıq sualların ünvanlanması düzgün deyil.
Valideynlərdən biri deyir ki, 5 il Rusiyada yaşadığından indi övladının rus dilində təhsil almasını istəyir.
Müsahibim bildirir ki, rus bölməsində təhsil alacaq azyaşlılardan daha çox dil bacarıqları ilə bağlı suallar soruşulmalıdır:
Bu zaman belə bir sual yaranır?. Rus bölməsində oxumaq üçün göstəriciləri yetərli hesab edilməyən, yəni zəif bir şagirdin Azərbaycan bölməsinə göndərilməsi nə qədər düzgündür?
"Xəzər Xəbər" valideynləri həm düşündürən, həm də güldürən bu bu sualları kimin tərtib etdiyini öyrənmək üçün Bakı şəhəri üzrə Təhsil İdarəsinə sorğu ünvanlayıb.
Məlum oldu ki, şagird adını qazanmaq istəyən birincilər üçün meyarlar ümumi ölkə üzrə vahid formada hazırlanır. Sualların hazırlanmasına isə Elm və Təhsil Nazirlliyi nəzarət edir.
Nazirlikdən isə sorğuya cavab ala bilinməyib.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: