Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya bu ölkələrin sayəsində bizi bombalayır - İqnat

Rusiya bu ölkələrin sayəsində bizi bombalayır - İqnat

Tarix: 12 Iyun 2023 13:10

Rusiya sanksiyalardan yan keçməyin yolunu tapıb. Onlar səmərəsiz sanksiyalar sayəsində Ukrayna şəhərlərini atəşə tutmaqda davam edir. Təəssüf ki, Rusiya silah komponentlərini alır və istehsalını davam etdirir.

Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Hərbi Hava Qüvvələrinin spikeri Yuri İqnat deyib.

O xatırladıb ki, rusların əlində kifayət qədər yüksək dəqiqlikli uzaqmənzilli "X-101", "İsgəndər-M", "İsgəndər-K", "Kalibr", "Xəncər" raketləri yox idi:

"Rusiya kritik infrastrukturumuza hücum edərkən bütün potensialından istifadə etdi. Amma yazda düşmən hasilatı artıranda qısa fasilə yarandı. İndi onlarda daha çox "Xəncər" və "Kalibr" var. Rusiya, açıq-aydın, onunla əməkdaşlıq edən ayrı-ayrı ölkələrin hesabına sanksiyalardan yan keçməyin yolunu tapıb. Beləliklə, düşmən özünün istehsal edə bilmədiyi texnoloji şeyləri alır: elektron lövhələr, çiplər, yarımkeçiricilər.

Ümid edirəm ki, Rusiya sanksiyalarla "sıxılacaq". Əgər sanksiyalar hərtərəfli işləsə və nəzarət olunsa, o zaman Rusiyanı yerinə oturtmaq olar".

Qeyd edək ki, Rusiyaya sanksiyalardan yayınmaqda yardım edən əsas ölkə Ermənistandır.


Etiketlər:  Rusiya ölkələrin sayəsində bizi bombalayır İqnat


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ