Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Misirdə turistlərlə dolu gəmi yanıb - VİDEO

Misirdə turistlərlə dolu gəmi yanıb - VİDEO

Tarix: 12 Iyun 2023 17:34

Misirin Marsa əl-Aləm kurort şəhəri sahillərində turistlərin olduğu yaxta yanıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə zamanı Qırmızı dənizə birlikdə dalan üç britaniyalı turist itkin düşüb.

Daha 12 Britaniya vətəndaşı 12 misirli ekipaj üzvü ilə birlikdə xilas edilib. Onlar yaxınlıqdakı Marsa Şaqra Dalğıc Kurortunda təhlükəsiz yerə aparılıblar. "Hurricane" adlı yaxtadakı yanğına elektrik qısaqapanması səbəb olub.

Şəxsiyyətləri açıqlanmayan qalan üç britaniyalı turistin axtarışı aparılır. Böyük Britaniya Xarici İşlər Nazirliyi hadisə ilə bağlı yerli hakimiyyət orqanları ilə əlaqə saxladığını və zərər çəkmiş vətəndaşlara dəstək verdiyini bildirib.

Milli.Az


Etiketlər:  Misirdə turistlərlə dolu gəmi yanıb VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ