Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İranda ayətullahı qətlə yetirən şəxsə edam cəzası verilib

İranda ayətullahı qətlə yetirən şəxsə edam cəzası verilib

Tarix: 14 Iyun 2023 17:46

İran Ekspertlər Şurasının üzvü, Zahidan şəhərinin keçmiş imam cüməsi ayətullah Abbas Əli Süleymanini qətlə yetirən şəxsə edam cəzası verilib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Mazandaran vilayətinin Ədliyyə Baş İdarəsinin rəisi məlumat verib.

O bildirib ki, Mazandaran vilayətinin cinayət məhkəməsinin ikinci şöbəsinin qərarına əsasən, Süleymanini qətlə yetirən şəxs qəsdən adam öldürmə maddəsi ilə ittiham edilib və barəsində edam hökmü çıxarılıb. Məhkəmə qərarı yekunlaşdıqdan və hüquqi prosedur başa çatdıqdan sonra qərar icra ediləcək.

Qeyd edək ki, Süleymani İranın Ali Rəhbəri seyid Əli Xameneinin Sistan-Bəlucistan üzrə nümayəndəsi olub və aprel ayında Babolsarda bankda silahlı hücum nəticəsində qətlə yetirilib.

Milli.Az


Etiketlər:  İranda ayətullahı qətlə yetirən şəxsə edam cəzası verilib


RƏYLƏR