Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dərman atmadan təzyiqi necə azaltmaq olar?

Dərman atmadan təzyiqi necə azaltmaq olar?

Tarix: 14 Iyun 2023 22:00

Mütəxəssislər dərman atmadan təzyiqi azaltmağın yollarını açıqlayıb. 

Sonxeber.net bildirir ki, lent.az "Böyük Britaniya Milli Səhiyyə Xidməti"nə istinadən xəbər verir ki, yüngül idman, üzgüçülük və ya təmiz havada gəzinti sağlamlığı bərpa etməyə və qan təzyiqini normallaşdırmağa kömək edə bilər.

Hipertoniya insult, infarkt, periferik arterial ateroskleroz, ürək çatışmazlığı və damar deması riskini artırır və buna görə də yüksək qan təzyiqi mümkün qədər tez nəzarət altına alınmalıdır.

Hipertoniya (yüksək qan təzyiqi) dedikdə, mütəxəssislər qan damarlarında normadan yüksək olan təzyiqi (140/90 mmHg və ya daha yüksək) nəzərdə tuturlar. Hipertoniya müasir dünyada geniş yayılıb və qrafikin olmaması, düzgün olmayan qidalanma, stress və s. ilə əlaqələndirilir. Amma o müalicə olunmazsa, ciddi nəticələrə səbəb ola bilər.

Qan təzyiqinə nəzarət etmək üçün həkimlər gündə təxminən 30 dəqiqə idman etməyi məsləhət görürlər. Kardiologiya üzrə mütəxəssislər dörd sadə fiziki məşqin ən çox kömək edə biləcəyinə inanırlar. Gəzinti, qaçış, velosiped sürmə və üzgüçülük onların təklif etdiyi əsas alternativlərdir.

Mütəxəssislər həmçinin yemək vərdişlərini dəyişməyi məsləhət görürlər. Duz, kofein və alkoqol qəbulunu azaltmaq, siqaretdən imtina etmək və arıqlamaq kimi şeylərə də fikir vermək lazım olduğu açıqlanıb. 

Bundan əlavə, hərtərəfli müayinədən keçməyə və şəxsən sizin üçün fərdi tövsiyələr verəcək mütəxəssislərlə danışmağa dəyər.


Etiketlər:  Dərman atmadan təzyiqi necə azaltmaq olar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ