Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Iyun 2023 07:00
Dietoloq Mariya Kulinskaya su içərkən ən çox edilən səhvləri açıqlayıb.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, mütəxəssis bildirir ki, içki rejiminin pozulması dərinin qurumasına və ümumi sağlamlığın pisləşməsinə səbəb ola bilər.
Onun sözlərinə görə, sağlamlığımız və görünüşümüz əsasən düzgün su rejimindən asılıdır:
"Biz hər gün təqribən 700 ml su ilə nəfəs alırıq. Təxminən 200 ml isə dəridən buxarlanır. Su balansına əməl edilməməsi dərinin keyfiyyətinə, bağırsaq hərəkətliliyinə, hətta əhval-ruhiyyə və idrak funksiyalarına pis təsir edir.
Qazsız təmiz suya üstünlük verilməlidir. Bəzi mənbələrdə bir stəkan suya limonun əlavə edilməsi orqanizmin sağlamlığı üçün çox faydalı olduğu da bildirilir. Lakin bu yanlışdır.
Limonlu su mədə-bağırsaq traktının fəaliyyətinə mənfi təsir göstərir. Həmçinin səhər yeməyindən sonra yox, əvvəl bir stəkan su içmək orqanizm çox faydalıdır".