Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu ölkədən ABŞ-a sərt XƏBƏRDARLIQ: ''Dərhal dayandırın''

Bu ölkədən ABŞ-a sərt XƏBƏRDARLIQ: ''Dərhal dayandırın''

Tarix: 15 Iyun 2023 08:30

Çinin xarici işlər naziri Qin Qang və ABŞ dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.

Milli.Az musavat.com-a istinadən bildirir ki,danışıq zamanı Qin Qang ABŞ-ın Çinin daxili siyasətinə qarışmaması lazım olduğunu vurğulayıb.

"Birləşmiş Ştatlar Çinin daxili işlərinə, o cümlədən Tayvan kimi məsələlərə qarışmağı dərhal dayandırmalı və ölkənin əsas narahatlıqlarına hörmətlə yanaşmalıdır. ABŞ Çinin suverenliyinə, təhlükəsizlik və inkişaf siyasətlərinə xələl gətirməyi dayandırmalıdır" - o bildirib.

Çin və ABŞ münasibətlərinə toxunan Qanq deyib:

"İlin əvvəlindən biz yeni mübarizə və çətinliklərlə üzləşmişik. Hər iki tərəf birlikdə işləməli və bu çətinliklərin öhdəsindən gəlmək, münasibətləri sabit saxlamaq və dəyişiklik gətirmək üçün məsuliyyət daşımalıdır".

Blinken telefon danışığı ilə bağlı açıqlamasında bildirib ki, danışıq zamanı ikitərəfli və qlobal problemlər, həmçinin iki ölkənin açıq kommunikasiya kanallarının davamlılığının və diplomatik maliyyə öhdəliklərinin davam etdirilməsinin vacibliyi müzakirə olunub.

Xatırladaq ki, Blinken fevral ayında Çinin ABŞ səmasına casus şarı göndərməsindən sonra paytaxt Pekinə səfərini ləğv etmişdi. Bu yaxınlarda isə ABŞ dövlət katibinin iyunun 18-də Çinə gedəcəyi açıqlanıb. Blinkenin Çinə səfəri baş tutsa, bu səfər ABŞ-ın son 5 ildə yüksək səviyyəli rəsmilərin Çinə ilk səfəri olacaq.

Milli.Az


Etiketlər:  ölkədən ABŞ sərt XƏBƏRDARLIQ Dərhal dayandırın


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR