Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Iyun 2023 19:14
Moskvada kişi ilə mübahisə edən qız intihar edib.
Sonxeber.net lent.az-a istinadən bildirir ki, hadisədən əvvəl axşam saatlarında türk əsilli oğlan moskvalı nişanlısı birgə yaşadığı kafedə dincəlib, içki içiblər. Lakin evə qayıtdıqdan sonra onların arasında mübahisə düşüb. Qadın buna dözə bilməyib və intihar etmək qərarına gəlib.
Məlumata görə, qadın özünü eyvandan yerə atıb. Onun yanına gələn nişanlısı qışqırmağa başlayıb. Hadisəni görənlər polisə məlumat veriblər. Mərhum və onun nişanlısı 11-ci mərtəbədə yaşayırmış.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hazırda qadının ölümünün qətl və ya bədbəxt hadisə deyil, intihar olduğunu düşünürlər. Türk oğlan müstəntiqlərə gəlinin əvvəllər heç vaxt tutqun fikirlər söyləmədiyini və ondan bunu gözləmədiyini deyib.