Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əlillik dərəcəsinin təyin olunmasından hansı hallarda imtina edilir? - VİDEO

Əlillik dərəcəsinin təyin olunmasından hansı hallarda imtina edilir? - VİDEO

Tarix: 16 Iyun 2023 16:54

Son dövürlər ən çox müzakirə olunan məsələlərdən biri də əlillik dərəcəsinin təyini ilə bağlıdır.

Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki, hələ də bəzi vətəndaşlar bu məsələdə çətinliklə üzləşdiklərini deyirlər. Əsas çətinliklərdən biri isə müraciət zamanı xəstəxana şəraitində müalicənin aparılması, təsdiq və ya imtina cavabının da həmin müalicədən asılı olmasıdır.

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin şöbə müdiri Tural Qurbanov deyir ki, bu ilin yanvar-may ayları ərzində 21 min  400 şəxsə əlillik təyin edilib.

Tural Qurbanov bildirib ki, yeni qaydalara əsasən əlillik dərəcəsinin təyini məhdud 3 qrup üzrə yox, 31-100 faiz aralığında yeni meyarlarla aparılır. Eyni zamanda əlilliyi təsdiq edən meyarların sayında da 4 dəfə artım var. Bu isə sosial ödənişlərdən daha çox vətandaşın yararlanmasına şərait yaradır.

Onun sözlərinə görə əgər vətəndaşın əlillik təyinatı müddətlidirsə və müailcədən sonra sağlamlığına qovuşursa, onun əlillik təyinatı dayandırlır.

Əgər müraciət edən şəxsin səhhətindəki problem ömürlükdürsə, yəni ayaqların, yuxarı ətrafların amputasiyası və bu kimi hallardısa, ona müddətsiz əlillk təyin edilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Etiketlər:  Əlillik dərəcəsinin təyin olunmasından hansı hallarda imtina edilir VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ