Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda bu məhsulların qiyməti artdı - VİDEO

Bakıda bu məhsulların qiyməti artdı - VİDEO

Tarix: 16 Iyun 2023 18:12

Temperatur yüksəldikcə suya tələbatımız daha da çoxalır.

Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki, bu aylarda sərinləşdirici içkilərin satışı da əvvəlki dövlərlə müqayisədə xeyli artır. Köşklərin, mağaza vitrinlərinin qarşısı alıcılarla dolur. Son illərin bahalaşması isə belə içkilərin də qiymətindən yan keçməyib.

Vətəndaşlar deyir ki, qışda bu artım ciblərinə təsir etməsə də, indi bu fərqi hiss etməyə başlayıblar.

Satıcı Eldar Babayev də qiymətlərin artığını təsdiqləyir. Onun sözlərinə görə qazlı və qazsız sular-30 faiz bahalaşıb. Eldar Babayev qiymət artımını daşınma xərcləri ilə əlaqələndirir. Bahalaşma idxal məhsullarında daha çox hiss olunur.

Onun sözlərinə görə, meyvə şirələri və şirin suların qiyməti dəyişməyib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Etiketlər:  Bakıda məhsulların qiyməti artdı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ