Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan və Səudiyyə Ərəbistanı arasında turizm sahəsində əməkdaşlıqda müsbət dinamika var (FOTO)

Azərbaycan və Səudiyyə Ərəbistanı arasında turizm sahəsində əməkdaşlıqda müsbət dinamika var (FOTO)

Tarix: 24 Oktyabr 2019 14:24

Bakı. Trend:

Xarici İşlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü çərçivəsində Səudiyyə Ərəbistanı Krallığının Xarici İşlər nazirinin müavini Əbdülrəhman Əli Əl-Rassini qəbul edib.

Azərbaycanın Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycanla Səudiyyə Ərəbistanı arasında mövcud olan sıx münasibətlərin inkişaf etməsindən məmnunluq ifadə olunub. Bu mənada, iqtisadi-ticari, o cümlədən sərmayələr, habelə turizm sahəsində müşahidə edilən müsbət dinamika qeyd olunub.

Tərəflər BMT və digər beynəlxalq təşkilatlarda qarşılıqlı əsasda göstərilən dəstəyin davam etdiriləcəyini bildiriblər. Eyni zamanda, BMT-nin 2030 il Gündəliyi çərçivəsində iqtisadi və humanitar inkişaf məqsədlərinə nail olmasının vacibliyi qeyd edilib.

Nazir Elmar Məmmədyarov, həmçinin QH ilə G-77 arasında əlaqələndirilmiş fəaliyyətin, eləcə də Cənub-Cənub çərçivəsində əməkdaşlığın əhəmiyyətinə diqqət yetirib.

Səudiyyəli rəsmisi Azərbaycanın QH-də sədrliyinin uğurlu olacağına və ölkələrimiz arasında ikitərəfli əlaqələrin daha da inkişaf edəcəyinə dair ümidi ifadə edib.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər qlobal və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Azərbaycan və Səudiyyə Ərəbistanı arasında turizm sahəsində əməkdaşlıqda müsbət dinamika var (FOTO) Azərbaycan və Səudiyyə Ərəbistanı arasında turizm sahəsində əməkdaşlıqda müsbət dinamika var (FOTO) Azərbaycan və Səudiyyə Ərəbistanı arasında turizm sahəsində əməkdaşlıqda müsbət dinamika var (FOTO) Azərbaycan və Səudiyyə Ərəbistanı arasında turizm sahəsində əməkdaşlıqda müsbət dinamika var (FOTO) Azərbaycan və Səudiyyə Ərəbistanı arasında turizm sahəsində əməkdaşlıqda müsbət dinamika var (FOTO) Azərbaycan və Səudiyyə Ərəbistanı arasında turizm sahəsində əməkdaşlıqda müsbət dinamika var (FOTO)


Etiketlər:  Azərbaycan Səudiyyə Ərəbistanı arasında turizm sahəsində əməkdaşlıqda müsbət dinamika FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ