Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Iyun 2023 11:36
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Gürcüstandakı nümayəndəliyinin rəhbəri olmuş Əli Əliyev işdən çıxarılıb.
Bu barədə Sonxeber.net-a QMİ-nin Mətbuat Xidmətindən məlumat verilib.
Rəsmi məlumata görə, Ə.Əliyevin səlahiyyət müddəti başa çatıb.
"Onun səlahiyyət müddətinin başa çatması ilə əlaqədar 2023- cü ilin yanvarında fəaliyyətinə müvafiq əmrlə xitam verilib. Fəaliyyət müddətinin uzadılması vəzifəsinin öhdəsindən gələ bilməməsi, işində yol verdiyi nöqsanlar səbəbindən məqsədəuyğun sayılmayıb", - QMİ-nin məlumatında vurğulanıb.