Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ekofəallar Monenin rəsmini korlayıblar

Ekofəallar Monenin rəsmini korlayıblar

Tarix: 17 Iyun 2023 16:38

Ekofəallar Stokholm Milli Muzeyində fransız rəssamı Klod Monenin "Rəssamın Civernidəki bağı" tablosuna boya sürtüblər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, muzeyin mətbuat xidmətindən verilən məlumata görə, ekofəallar əvvəlcə qoruyucu şüşənin altında olan tablonun üzərinə boya çəkilmiş əllərini yapışdırıb, sonra isə boyanı yayıblar.

Bərpaçılar tabloya hər hansı ziyanın dəyib-dəymədiyini müəyyən etmək üçün baxış keçiriblər.

Hadisə yerinə gələn polis iki qadını həbs edib. Onların hərəkətləri vandalizm aktı kimi qiymətləndirilib.

Milli.Az


Etiketlər:  Ekofəallar Monenin rəsmini korlayıblar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ