Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dünya DƏHŞƏT içində izlədi - Çernobıldan sonra ƏN QORXUNC FƏLAKƏT

Dünya DƏHŞƏT içində izlədi - Çernobıldan sonra ƏN QORXUNC FƏLAKƏT

Tarix: 19 Iyun 2023 07:28

Xəbər verdiyimiz kimi, iyunun 6-da Rusiyanın nəzarətində olan Xerson vilayətində Nova Kaxovka bəndi vurulub. Ukrayna ordusu və NATO Rusiyanı nəhəng bəndi partlatmaqda ittiham edib. Rusiya isə bu iddianı təkzib edərək qarşı tərəfi günahlandırıb. Daşqınlar səbəbindən əhali bölgədən təxliyə edilib, suyun səviyyəsi kritik həddə çatıb. Kaxovka bəndinin partlaması nəticəsində yaşanan daşqın Rusiya qoşunlarının Dnepr çayının cənub sahilinə qoyduğu minlərlə minanı üzə çıxararaq Qara dənizə doğru sürükləyir. Bu isə mülki əhalinin təhlükəsizliyini təhdid edir.

Nova Kaxovka bəndinin dağılması 1986-cı ildə Çernobıl hadisəsindən sonra Avropada ən böyük texnogen fəlakət adlandırılır.

Milli.Az bildirir ki, musavat.com "New York Times"a istinadən xəbər verir ki, dəlillər hadisənin Rusiya tərəfindən törədilən daxili partlayış nəticəsində baş verdiyini göstərir.

Məlumatda bildirilib ki, mühəndislər və bomba mütəxəssisləri Kaxovka Su Elektrik Stansiyasının beton döşəməsindən dəlillər tapıblar. Həmin dəlillər keçiddə partlayan və strukturu məhv edən partlayıcı yükə işarə edir. Araşdırmanın ilkin nəticələrinə görə, hadisə ruslar tərəfindən yerləşdirilən partlayıcı maddələrlə baş verib.

Rusiya hökuməti Ukraynanı Krım üçün vacib su təchizatını kəsməkdə, Ukrayna isə Rusiyanı zavodu partlatmaqda, bölgədə daşqınlara səbəb olmaqda, əkin sahələrini məhv etməkdə və mülki əhalinin su təchizatını kəsməkdə ittiham edir.

Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell də hadisənin arxasında Rusiyanın dayandığını bildirib.

"Hadisə Rusiyanın nəzarətində olan ərazidə baş veribsə, hücumun arxasında başqa kiminsə olduğuna inanmaq çətindir. İstənilən halda, Ukraynalılar üçün humanitar və ekoloji nəticələr ağırdır, çünki bəndin dağılması ekoloji fəlakətə səbəb olacaq" - o deyib.

Milli.Az


Etiketlər:  Dünya DƏHŞƏT içində izlədi Çernobıldan sonra ƏN QORXUNC FƏLAKƏT


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ