Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

General döyüldü

General döyüldü

Tarix: 25 Iyun 2023 23:50

Ukraynanın bir qrup əks-kəşfiyyat əməkdaşı Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) generalı Viktor Mikulini döyüb.

Milli.Az axar.az-a istinadən bildirir ki, hadisə Ujqoroddakı "Üç tuz" restoranında baş verib.

Bildirilir ki, UTX-nin Mukaçevo əks-kəşfiyyat idarəsinin rəisi Andrey Panarin tabeliyində olan şəxslərlə birlikdə spirtli içki qəbul edib və özünü səs-küylü aparıb. Öz növbəsində, qurumda xalq deputatının köməkçisi ilə görüş keçirən Mikulin onlara irad bildirib. Cavab olaraq həmin şəxslər onu vurmağa başlayıblar, daha sonra meşəyə aparıblar və orada mobil telefonunu əlindən alıblar və dişini qıraraq döyməyə davam ediblər.

Hazırda hücum edən şəxslər saxlanılaraq istintaq təcridxanasındadırlar, barələrində "xuliqanlıq" maddəsi ilə cinayət işi açılıb.

Milli.Az


Etiketlər:  General döyüldü


RƏYLƏR