Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

13 mərtəbli bina çökdü: yaralılar var

13 mərtəbli bina çökdü: yaralılar var

Tarix: 26 Iyun 2023 20:36

Misirin İsgəndəriyyə şəhərində 13 mərtəbəli bina anidən çöküb.

Milli.Az axar.az-a istinadən bildirir ki, dağıntılar altında xeyli insanın olacağı ehtimal edilir. İlkin məlumata görə, 4 nəfər yüngül xəsarət alıb.

Hazırda hadisə yerində xilasedicilər işləyir, zərərçəkənlərin axtarışı və həkimlərə təhvil verilməsi istiqamətində tədbirlər görülür.

Binadakı mənzilləri əsasən istirahətə gələn turistlərin icarələdiyi bildirilib.

Bundan əlavə, binada ticarət mərkəzi də yerləşibmiş.

Məlumata görə, əraziyə mütəxəssislər tərəfindən baxış keçirilib, araşdırma aparılır.

Milli.Az


Etiketlər:  13 mərtəbli bina çökdü yaralılar var


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ