Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Oktyabr 2019 10:20
Bakı. İlhamə İsabalayeva, Ceyhun Ələkbərov - Trend:
Gəncə xəstəxanasına gətirilən qadının kimliyi bilinib.
Trend-in məlumatına görə, o, Şəmkir rayon Ağlavaşlı kənd sakini 1996-cı il təvəllüdlü Bürcəliyeva Gülnarə Binnət qızıdır. O, ötən gecə saat 23 radələrində Şəmkir rayonundan Gəncə şəhər 3 nömrəli xəsətxanaya çatıdılıb. Ona bədənin müxtəlif nahiyyəsinin xəsarətləri, başın əziyi və sinənin travması diaqnozu qoyulub.
Qadın hazırda travmatologiya şöbəsində müalicə alır. İlkin ehtimallara görə, G.Bürcəliyeva əri tərəfindən döyülüb.
X X X
09:48
Dünən gecə saatlarında təcili tibbi yardım avtomobili ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına başın və bədənin müxtəlif nahiyələrinin əziyi diaqnozu ilə qadın gətirilib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, xəstəyə lazımi tibbi yardım göstərilib. Hazırda vəziyyəti orta-ağır stabil qiymətləndirilir. Faktla əlaqədar hüquq-mühafizə orqanlarına məlumat verilib.
Gəncə xəstəxanasına gətirilən qadının kimliyi bilinib.
Trend-in məlumatına görə, o, Şəmkir rayon Ağlavaşlı kənd sakini 1996-cı il təvəllüdlü Bürcəliyeva Gülnarə Binnət qızıdır. O, ötən gecə saat 23 radələrində Şəmkir rayonundan Gəncə şəhər 3 nömrəli xəsətxanaya çatıdılıb. Ona bədənin müxtəlif nahiyyəsinin xəsarətləri, başın əziyi və sinənin travması diaqnozu qoyulub.
Qadın hazırda travmatologiya şöbəsində müalicə alır. İlkin ehtimallara görə, G. Bürcəliyeva əri tərəfindən döyülüb.
Xatırladaq ki, Səhiyyə Nazirliyinin yaydığı məlumatda qeyd olunurdu ki, dünən gecə saatlarında təcili tibbi yardım avtomobili ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına başın və bədənin müxtəlif nahiyələrinin əziyi diaqnozu ilə qadın gətirilib.
Xəstəyə lazımi tibbi yardım göstərilib. Hazırda vəziyyəti orta-ağır stabil qiymətləndirilir. Faktla əlaqədar hüquq-mühafizə orqanlarına məlumat verilib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin