Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Iyun 2023 20:54
AZTV-nin əməkdaşlarına edilən mənfur hücuma işıq salmaq üçün bütün imkanlarımızdan istifadə edəcəyik.
Sonxeber.net-ın TurkicWorld-a istinadən verdiyi məlumata görə, bu haqda Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun deyib.
"Biz gözləyirik ki, Fransa rəsmiləri və hüquq-mühafizə orqanları hücumun səbəbkarlarını dərhal müəyyənləşdirib məsuliyyətə cəlb edəcəklər. Avropanın insan hüquq və azadlıqlarının müdafiəsi kontekstində günü-gündən yüksəklik itirdiyini ortaya qoyan mətbuat və məlumat azadlığına edilən bu mənfur hücumu qətiyyətlə pisləyirik." - deyə o qeyd edib.
Fahrettin Altun bildirib ki, hücum zamanı yaralanan azərbaycanlı jurnalistlərə şəfalar diləyirik.