Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Iyun 2023 21:02
Rusiyada silahlı qiyama cəhddən sonra Belarus ərazisinə köçən "Vaqner" muzdlularının təxribatlar törədəcəyi istisna deyil.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu Polşanın müdafiə naziri Mariuş Blaşak deyib.
"Amma biz "Vaqner" qrupunun təxribatlarının öhdəsindən gələ bilərik", - Blaşak bildirib.
Onun sözlərinə görə, təxribatlarla bağlı Polşa Müdafiə və Milli Təhlükəsizlik Komitəsinin iclasında daxili işlər və administrasiya nazirinə, eləcə də milli müdafiə nazirinə tabe olan qurumlara əmrlər verilib.