Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kamaləddin Qafarov: "Namərd hücumu qətiyyətlə pisləyirik!"

Kamaləddin Qafarov:

Tarix: 29 Iyun 2023 21:27

"Dünən-iyunun 28-də  Fransada Azərbaycan Televiziyasının əməkdaşlarının  çəkiliş zamanı kamerası əllərindən alınıb, sındırılıb və jurnalistlər silahla təhdid olunub.  Fransada azərbaycanlı jurnalistlərə qarşı namərd  hücumu qətiyyətlə pisləyirik. Biz  Fransanın müvafiq  dövlət strukturlarını öz vəzifələrini yerinə yetirən  şəxslərə qarşı zorakılıq edən  cinayətkarların təxirə salınmadan məsuliyyətə alınmasını tələb  edirik". Bu sözləri Azəbaycan jurnalistlərinə  Fransada edilən zorakılığa münasibət bildirərkən mətbuata açıqlamasında millət vəkili Kamaləddin Qafarov söyləyib. 

K.Qafarov deyib: "Son dövr ərzində Fransanın Azərbaycana münasibətdə sərgilədiyi şər və böhtan ritorikası dövlətlərarası siyasi münasibətlərə ciddi zərbə vurmaqdadır. Bir müddət əvvəl Azərbaycanın Fransadakı səfirliyinə edilən hücum, E.Makronun mütəmadi olaraq Azərbaycanla  bağlı heç bir diplomatik etikaya sığmayan böhtan və təhrif dolu iddiaları Azərbaycan Televiziyasının əməkdaşlarına qarşı zorakılıq üçün rəvac vermişdir. Fransada Azərbaycan Televiziyasının əməkdaşlarına qarşı törədilən cinayət bir daha sübut edir ki, fundamental dəyərlərdən - insan haqları və demokratiyadan dəm vuran Fransa özü birbaşa  insanlara qarşı qanunsuz hərəkətlər edir. Dünyanın heç bir demokratik ölkəsində, normal dövlətlərdə  jurnalistlərə qarşı belə hərəkətlərə yol verilmir. Bu hadisə ancaq diktatura hökm sürən dövlətlərə xas bir xüsusiyyətdir. Ən pisi odur ki, əməkdaşlarımızın təhlükəsizliyi və sındırılmış  çəkiliş vasitələri ilə bağlı hüquq-mühafizə orqanlarına müraciətlərə də məhəl qoyulmur. Bu isə artıq hüquqi nonsensdir. Sözügedən fakt Fransa iqtidarının  böhran dövrünü  yaşadığını , ölkədə hakimiyyət qollarına nəzarət etməkdə gücsüz olduğunu bir daha təsdiq edir".

Deputat bildirmişdir ki,   bu hadisə bütün dünya dövlətləri tərəfindən qəti şəkildə qınanmalı və  məsələyə adekvat qiymət verilməlidir. "Hesab edirəm ki, Beynəlxalq Jurnalistlər Federasiyası, Avropa Jurnalistlər Birliyi, həmçinin media qurumları da törədilən zorakılığa  operativ və ciddi reaksiya bildirməli, cinayətkarlar qısa müddət ərzində  cəzalandırılmalıdırlar".

Milli.Az


Etiketlər:  Kamaləddin Qafarov Namərd hücumu qətiyyətlə pisləyirik


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ