Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Iyun 2023 08:48
Nanterdəki iğtişaşlardan sonra Paris bölgəsinin bir neçə kommunasında komendant saatı tətbiq olunub.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə "Le Fiqaro" nəşri məlumat yayıb.
Məlumata görə, komendant saatı Kompeyn, Nöyyi-sür-Marn, Savini-lö-Tampl, Qarj-lö-Qones kommunalarının səlahiyyətliləri tərəfindən tətbiq edilib.
Paris prefekturasının polisi ictimai asayişə nəzarət etmək üçün PUA-lardan istifadə edir.
Qeyd edək ki, Fransada iğtişaşlar iyunun 27-də Parisin Nanter ətrafında polis əməkdaşlarının 17 yaşlı oğlanı güllələyərək öldürməsindən sonra başlayıb.