Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Iyun 2023 13:45
"Kaş imkanım olardı, elə bir yerə düşərdim ki, məni görmək istəyən, əlimə toxunmaq, özümə yaxın olamq istəyənlərin hamısı ilə görüşərdim".
Sonxeber.net bizim.media-ya istinadən bildriir ki, bu sözləri Xalq artisti Nazpəri Dostəliyeva qonaq olduğu "Səhər mərkəzi" verilişində deyib.
Sənətçi bildirib ki, çox sayda pərəştişkarları ilə tez-tez görüşdüyünə görə, doğmaları onu qınayır. Buna görə isə Dostəliyeva onlarla tez-tez mübahisə etdiyini vurğulayıb:
"Bəzən doğmalarım və yaxınlarım məni qınayırlar. Bu qədər insanların içində olmaq olarmı? Ağlayanla ağlayırsan, gülənlə gülürsən... Məni çox qınayırlar. Onlara səsimin tonunu qaldırıb deyirəm ki, siz məni niyə başa düşmürsünüz ki, mənim üçün xoş söz yazanlar çox əzizdirlər.
Məni sevən və xoş söz yazanlara qarşı heç zaman laqeyd olmamışam, olmaram da. Amma Allah mənə nə güc, nə güvvə veribsə onlarla bölüşməyə can atıram, onların arzusunun kiçik nöqtəsini belə həyata keçirməyə can atıram. Mən, Allahın yaratdığı bir bəndəyəm, amma sevgi çoxdur və buna görə də Allahıma minnətdaram. Onların hər birinin sevgisi ürəyimin ən dərin nöqtəsində bəsləyirəm. Sevənlərimlə görüşürəm amma görüşə bilmədiklərimdən dönə-dönə üzr istəyirəm. Hamı ilə görüşməyə imkan olmur. Biləm ki, məni sevənlər bir yerə yığışacaqlar və o dünyanın o üzündə olacaq mən ora qədər gedərəm".