Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Iyul 2023 10:16
Fransada hazırda davam edən iğtişaşlar fonunda iyunun 30-dan iyulun 1-nə qədər 471 nəfər saxlanılıb.
Sonxeber.net xəbər verir ki, bu barədə məlumatı ölkənin daxili işlər naziri Jerald Darmanen açıqlayıb.
Nazir hüquq-mühafizə orqanlarının əməkdaşları ilə görüşmək üçün səhər saatlarında Mant-la-Joli şəhərinə səfər edib.
Xatırladaq ki, iyunun 27-si Fransada 17 yaşlı əlcəzairəsilli oğlanın Paris ətrafındakı Nanter ərazisində polisin açdığı atəş nəticəsində ölməsindən sonra ölkəni etiraz dalğası bürüyüb. Daha əvvəl yayılan məlumatda, 600-dən çox etirazçının saxlanıldığı bildirilirdi.