Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Polşa Vaqner təhlükəsinə qarşı bu yola əl atdı

Polşa Vaqner təhlükəsinə qarşı bu yola əl atdı

Tarix: 3 Iyul 2023 07:16

Polşa Belarus sərhədinə əlavə 500 polis göndərəcək.

Milli.Az musavat.com-a istinadən bildirir ki, bu barədə Polşanın daxili işlər naziri Mariuş Kaminski məlumat yayıb. Polşa tərəfdən sərhədi artıq beş min sərhədçi və iki min əsgər qoruyur. "Əlavə qüvvələrin göndərilməsi hüdudlardakı gərgin vəziyyətlə" bağlıdır,-deyə Kaminski qeyd edib.

Qeyd edək ki, bundan əvvəl Polşa hakimiyyəti Vaqner ÖHŞ muzdlularının Belarus ərazisinə köçürülməsi ilə əlaqədar ölkənin şərqdə müdafiə qabiliyyətini gücləndirmək qərarına gəldiyini açıqlamışdı. Polşa prezidenti Anjey Dudanın sözlərinə görə, vaqnerçilərin Belarusa mümkün köçürülməsi Varşava üçün "çox mənfi siqnaldır".

Xatırladaq ki, iyunun 23-24-də "Vaqner" ÖHŞ və onun qurucusu Yevgeni Priqojinin qiyamından sonra muzdluların Aleksandr Lukaşenkonun vasitəçiliyi ilə Belarus Respublikasına köçməyinə icazə verilib.

Media bu yaxınlarda Belarusun Mogilyov vilayətinin Osipoviç rayonunun Tsel kəndində tərk edilmiş hərbi hissənin ərazisində Vaqner üçün nəzərdə tutulan çadır şəhərciyinin tikildiyini əks etdirən peyk görüntülərini dərc edib.

Milli.Az


Etiketlər:  Polşa Vaqner təhlükəsinə qarşı bu yola əl atdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ