Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Neymar şəxsi torpaq sahəsində süni göl yaratdığına görə 3,3 milyon dollar cərimələnib

Neymar şəxsi torpaq sahəsində süni göl yaratdığına görə 3,3 milyon dollar cərimələnib

Tarix: 4 Iyul 2023 09:34

Manqaratiba şəhərinin rəhbərliyi Braziliya milli futbol komandasının hücumçusu Neymarı şəxsi torpaq sahəsində süni gölməçə və üzgüçülük sahəsi yaratdığına görə 16 milyon real (3,3 milyon ABŞ dollarından çox) cərimələyib.

Milli.Az "Report"a istinadən xəbər verir ki, yerli prokurorluq futbolçunu iş üçün lazımi ekoloji nəzarətin olmamasında ittiham edib. O, həmçinin "torpağı qazıb daşımaqda" və "bitki örtüyünü məhv etməkdə" ittiham olunur.

Portalın məlumatına görə, iyunun 22-də yerli ekoloji xidmətlərə anonim məlumat daxil olub, bundan sonra Neymarın əmlakı yoxlanılıb. Nəticədə ekoloji normaların pozulması, o cümlədən çaylardan birində suyun icazəsiz götürülməsi halları aşkar edilib. Daha sonra xidmətlər su anbarından və çimmək zonasından istifadənin qadağan edilməsi, onların lentlə bağlanması və müvafiq elanların vurulması barədə qərar qəbul edib. Lakin bu, futbolçunun qadağanı pozaraq gölməçədə çimdiyini əks etdirən fotoları bir neçə gün sonra sosial şəbəkələrdə yayımlamasına mane olmayıb.

Futbolçunun yerli hakimiyyət orqanlarının qərarına etiraz etmək üçün 20 gün vaxtı var.

Milli.Az


Etiketlər:  Neymar şəxsi torpaq sahəsində süni göl yaratdığına görə 33 milyon dollar cərimələnib


RƏYLƏR