Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ-a təcili səfərin səbəbi: erməni silahlılar ləğv edilir

ABŞ-a təcili səfərin səbəbi: erməni silahlılar ləğv edilir

Tarix: 6 Iyul 2023 09:51

Mənə çatan xəbərə görə, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın ABŞ-a tələsik səfəri Türkiyə-Azərbaycan tandeminin tələbi ilə Qarabağ "müdafiə ordusunun" (Qarabağın rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasındakı qanunsuz erməni silahlı dəstə nəzərdə tutulur - red.) təcili olaraq ləğv edilməsinin zəruriliyi ilə bağlıdır.

Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bu sözləri erməni politoloq Artur Tovmasyan qeyd edib.

O bildirib ki, Qərbin təzyiqi altında İrəvan Araik Arutyunyanı silahlı dəstələri ləğv etməyə inandırmağa çalışacaq. Ancaq xalqın narazılığından qorxan Araik üsyandan ehtiyat edir.

Tovmasyan bildirib ki, buna görə Araik və ətrafına "həyat və təhlükəsizlik zəmanətləri" təklif olunur.


Etiketlər:  ABŞ təcili səfərin səbəbi erməni silahlılar ləğv edilir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ